Xırdalanda narkotacir saxlanıldı

Axtarışda olan Xırdalan şəhər sakini E.İsgəndərovdan 3 kiloqram 148 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 234-cü (narkotiklərlə əlaqəli cinayətlərə görə) maddəsi ilə axtarışda olan Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş E.İsgəndərov saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun evindən 3 kiloqram 148 qram marixuana və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə