Qubada yol qəzası olub, ərəb turistlər yaralanıb

Qubada yol qəzası olub, ərəb turistlər yaralanıb

Quba-Qusar yolunda baş verən qəzada turistlər yaralanıb. İçərisində ərəb turistlərin olduğu “Mercedes Vita” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılara müvafiq tibbi yardım göstərilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə