Şirvanda avtoxuliqanlıq edən qadın sürücü qəza törədib

Şirvanda avtoxuliqanlıq edən qadın sürücü qəza törədib

Bu gün günorta saatlarında Şirvan şəhərində xanım sürücü avtoxuliqanlıq edib. Şirvan Polis Şöbəsinin müstəntiqi Şaiq Məmmədovun SİA-nın Aran bürosuna verdiyi məlumata görə saat 14 radələrində Şirvan şəhər sakini Mirzəyeva Samirə Dilavər qızı Şirvan şəhər sakini Məmmədov Bəhruz Böyükağa oğluna məxsus "Hunday Aksent" markalı 10UP983 dövlət nömrə nişanlı avtomaşını talama məqsədi olmadan qaçıraraq L.İbrahimov küçəsində piyada Nəsirov Amid Ağaverdi oğlunu vurmuş və hadisə yerindən qaçıb.

 

Buna baxmayaraq S. Mirzəyeva hadisə yerindən qaçarkən yüksək sürətlə hərəkət edərək idarəetməni itirmiş və yolun sağ tərəfində dayanmış Zeynalov Natiq Hətəm oğluna məxsus Niva markalı maşına çırpılıb.

 

Faktla bağlı Şirvan Polis Şöbəsində araşdırma aparılır. Hadisə zamanı vurulmuş piyada Nəsirov Amid Ağaverdi oğlu sol bud çanağın möhkəm əzilməsi, Samirə Mirzəyeva isə sağ bazu sümüyün sınması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə