Gəncədə məktəbli dəm qazından boğularaq ölüb

Gəncədə məktəbli dəm qazından boğularaq ölüb

Gəncə şəhərində məktəbli dəm qazından boğularaq ölüb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Xəyal Əkbərov Məhsəti qəsəbəsində yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.

Adı çəkilən şəxs yaxınlarının köməkliyi ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Gəncə Prokurorluğunda araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə