Gəncədə ölüm hadisəsi baş verib

Gəncədə ölüm hadisəsi baş verib

Fevralın 5-də saat 23 radələrində Gəncə şəhərində şəhər sakini M.Qəhrəmanov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən həmyerlisi Elminaz Məmmədovanı vurub eyni istiqamətdə hərəkətdə olan Gəncə şəhər sakini N.Qocayevin idarə etdiyi “Volkswagen” markalı avtomobilin üzərinə atmışdır. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Kəpəz RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə