Fevralın 5-də saat 22 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində qəsəbə sakini Ramin Lətifli idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı ağaca vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB