Sabunların içərisində narkotik vasitə aşkarlanıb

Sabunların içərisində narkotik vasitə aşkarlanıb

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsindən Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılaraq şifahi sorğu-sual olunub. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sorğu-sual zamanı vətəndaş əl yükündə gömrük nəzarətindən gizlədilən, gömrük nəzarətinə mütləq bəyan olunası hər hansı predmetin, o cümlədən psixotrop maddə və narkotik vasitələrin olmadığını bildirib.

Yoxlama zamanı onun əl yüklərində olan sabunların birinin içərisində gömrük nəzarətindən gizlədilən, çəkisi 74 qram olan tünd qəhvəyi rəngli, narkotik vasitə - tiryək aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə