Paytaxtda yük maşını və mikroavtobus yandı

Paytaxtda yük maşını və mikroavtobus yandı

Bakı şəhərinin Xəzər rayonunda "DAF" markalı yük avtomobilinin və qoşqusunun yanar hissələri, qoşquya yığılan 14 ton ot bağlamasının 3 tonu və yaxınlıqda dayanan istifadəyə yararsız mikroavtobus yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə