Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tovuz rayon sakini Ə.Hüseynov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında Gəncə dəmir yolu stansiyasının ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 470 qram marixuana aşkar edilərək götürülüb.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB