Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə gələn "Mercedes Benz Travego 17 SHD" markalı nəqliyyat vasitəsisaxlanılıb və sürücü şifahi sorğu-sual olunub. SİA-nın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, sorğu-sual zamanı o, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı onun idarə etdiyi avtomobilin salonunda gömrük orqanlarına bəyan olunmamış müxtəlif adda 930 kapsul dərman preparatları, 4 ədəd üzərində "Smart connect", 5 ədəd "Upi watch" yazısı olan qol saatları, müxtəlif kosmetik əşyalar və sənaye malları aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB