Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib

Göygöldə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.

Qəza zamanı "Ford" markalı kiçiktutumlu yük maşını "ZİL" markalı yük maşını ilə toqquşub. Nəticədə 1 nəfər- 1984-cü il təvəllüdlü Orucova Aidə Telman qızı dünyasını dəyişib,1986-cı il təvəllüdlü Həsənova Südabə Lətif qızı və 2013-cü il təvəllüdlü Orucova Fatimə Natıq qızı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə