Şirvanda ər və arvad dəm qazından zəhərlənib

Şirvanda ər və arvad dəm qazından zəhərlənib

Şirvanda ər və arvad dəm qazından zəhərlənib. SİA-nın Aran bürosundan verilən xəbərə görə, hadisə ötən gecə şəhərin M.Mirzəyev küçəsindəki fərdi yaşayış evində baş verib.

Şirvan şəhər sakini 1978-ci il təvəllüdlü Asim Süleymanov və onun həyat yoldaşı 1983-cü il təvəllüdlü Zeynəb Süleymanov Şirvan Şəhər Mərkəzi Xəstəxanasına aparılıb. A. Süleymanov xəstəxanaya çatmamış yolda dünyasını dəyişib. Z. Süleymanova isə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə