Qubada ev yandı

Quba rayonunun Alpan kəndində ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsinin tavanı və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə