Ağdaşda tonlarla ot bağlaması yandı

Ağdaşda tonlarla ot bağlaması yandı

Ağdaş rayonunun Tofiqi kəndində ümumi sahəsi 100 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 m² sahədə və damına yığılan 7 ton ot bağlamasının 6 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə