Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Qazax magistralının 70-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb. Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Adıgözəlov Vüsal Nizami oğlunun idaər etdiyi "Mercedes" markalı 99 SB 789 dövlət nömrə nişanlı avtomobil Goranboy rayon sakini, 1973-cü il təvəllüdlü Cəfərov Müşfiq İsak oğlunun idarə etdiyi qoşqulu "KaMAZ" markalı 22 BF 729 dövlət nömrəli avtomobilə arxadan çırpılıb. Nəticədə "Mercedes"-in sürücüsü hadisə yerində ölüb.

Faktla bağlı BDYPİ-nin əməkdaşları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...