Yaşayış binasında partlayış baş verib, 7 nəfər itkin düşüb

Yaşayış binasında partlayış baş verib, 7 nəfər itkin düşüb

Kanadanın cənub-şərqində yerləşən Vudstok şəhərində partlayış baş verib. SİA-nın rus mətbuatına istinadən verdiyi məlumata əsasən, partlayış yanğın və dağıntıya səbəb olub. Hadisənin qeydə alındığı üçmərtəbəli yaşayış binasının böyük hissəsi uçub. Nəticədə 7 nəfər xəsarət alıb, 7 nəfər isə itkin düşmüş hesab olunur. Hadisə yerinə xeyli sayda yanğınsöndürən və xilasedici cəlb olunub.

 

Bir neçə saat davam edən yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Ərazidə müvafiq işlər görülüb. Hadisənin başvermə səbəbi barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə