Bakıda 39 yaşlı kişi itkin düşüb. SİA xəbər verir ki, yanvarın 15-i paytaxtın Nizami rayonu, B.Çobanzadə küçəsində yaşayan 1981-ci il təvəllüdlü F.Həsənov günorta radələrində özünə məxsus “Mercedes” markalı avtomobillə yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun qardaşı Z.Həsənzadə məlumat verib.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə