Abşeron rayonunda maşınla vurulan piyada ağır xəsarətlər alıb

Abşeron rayonunda maşınla vurulan piyada ağır xəsarətlər alıb

Abşeron rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun Qobu şossesində baş verib.

1996-ci il təvəllüdlü Ağayev Emin İlham oğlu yolu keçərkən onu minik avtomobili vurub. Yaralı hadisə törədən sürücünün köməkliyi ilə 1 saylı şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti ağırdır.

Bütün xəbərlər Facebook səhifəmizdə