Salyan rayonu ərazisində ağır yol- nəqliyyat hadisəsi baş verib. BDYP-nın istintaq şöbəsinin müstəntiqi Anar İmanquluyevin SİA-nın Aran bürosuna verdiyi məlumata görə, Ələt-Astara yolunun 47-ci kilometrliyində, Salyan ərazisində Cəlilabad rayon sakini Əliyev Seyran Balaş oğlu idarə etdiyi VAZ 2106 markalı 44BE218 dövlət nömrə nişanlı avtomobillə Ələt istiqamətinə hərəkət edərkən əks tərəfdən gələn Bakı şəhər sakini Adil Məmmədovun idarə etdiyi VAZ 2107 markalı 10VS479 dövlət nömrə nişanlı maşınla toqquşub.
Nəticədə hər 2 maşının sürücüsü hadisə yerində dünyasını dəyişib, 6 nəfər sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Salyan rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Yaralılardan biri azyaşlı qız uşağı olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB