İmişlidə ər və arvadı intihar ediblər

İmişlidə ər və arvadı intihar ediblər

İmişli rayonunda intihar hadisəsi baş verib. İmişlı rayon prokurorunun köməkçisi Orxan Babayevin SİA-nın Aran bürosuna verdiyi məlumata görə, 23 mart 2011-ci il tarixdə, saat 20:10 radələrində Polis Şöbəsinin növbətçi hissəsinə məlumat daxil olub ki, rayonun Xəlifəli kənd sakini 1974-cü il təvəllüdlü Qurbanova Səbinə Əzizxan qızı çöllük ərazidə ərazidə ölüb.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Qurbanova Səbinə Əzizxan qızı həmin gün saat 17.00 radələrində özlərinə məxsus fermada heyvanların yuyulması üçün istifadə olunan kimyəvi maddəni içib. Qohumları onu xəstəxanaya çatdırsalarda müayinə zamanı dünyasını dəyişdiyi məlum olub.

Bu hadisədən sonra mərhumə xanımın həyat yoldaşı Qurbanov Teymur Cəfərxan oğlu da kimyəvi maddə içərək özünü oldürməyə cəhd edib. Elə həmin gün saat, 22:17 radələrində xəstəxanaya çatdırılan Teymur Qurbanov da dünyasını dəyişib.

Faktla bağlı İmişli rayon prokurorluğunda CM-nin 125-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə