Sumqayıtda avtomobilin vurduğu qadın bir ay sonra xəstəxanada ölüb

Sumqayıtda avtomobilin vurduğu qadın bir ay sonra xəstəxanada ölüb

Sumqayıtda avtomobilin vurduğu qadın 1 ay sonra xəstəxanada ölüb.

SİA xəbər verir ki, Sumqayıt şəhər sakini, 1974-cü il təvəllüdlü Eyvazova Sevinc Vidadi qızı ötən ilin dekabrın 8-də Sumqayıt şəhəri, Babək küçəsində avtomobillə vurulmuşdu.

Ağır xəsarətlər alan S.Eyvazova Bakıya xəstəxanalardan birinə yerləşdirilmişdi. Həkimlərin səylərinə baxmayaraq, o, 1 ay sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə