Goranboyda qadın su hovuzuna düşərək boğulub

Goranboyda qadın su hovuzuna düşərək boğulub

Goranboy rayonunda bədbəxt hadisə faciə ilə nəticlənib. SİA-nın bölgə muxbiri xəbər verir ki, hadisə Qızılhacılı kəndində qeydə alınıb.

İlkin məlumata görə, 1969-cu il təvəllüdlü Rəna Allahverdiyeva yaşadığı evin həyətində su hovuzuna düşərək boğulub. Qadının meyitini bir müddət öncə yaxınları aşkar edib.

Hadisə yerinə Goranboy rayon Prokurorluğu və Polis Şöbəsinin əmıkdaşları cəlb olunub. Hadisənin təfərrüatları dəqiqləşdirlir.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə