Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ olub

Gürcüstanda 3,3 bal gücündə zəlzələ olub. SİA-nın "Qruziya-online"-a istinadən verdiyi xəbərə görə, zəlzələ bu gecə yerli vaxtla saat 03:16-da Kaxeti regionunda (Şərqi Gürcüstan) qeydə alınıb. Zəlzələnin episentri Tbilisidən 46 kilometr şərqdə yerləşib.

Zəlzələnin episentri Saqareci rayonunun Tulari kəndinin bir kilometrliyində (Kaxetiya), David Qareci (Gürcüstan-Azərbaycan sərhədi) monastır kompleksindən şimal-qərbdə yerləşib

Bütün xəbərlər Facebook səhifəmizdə