Dənizə düşən gənc oğlan xilas edilib

Dənizə düşən gənc oğlan xilas edilib

Bakının Xətai rayonunda gənc oğlan dənizə düşüb.

SİA xəbər verir ki, hadisə Ağ Şəhər bulvarında baş verib.

28 yaşlı Əbilov Cabir Hakim oğlunun hansı şəraitdə dənizə düşdüyü məlum deyil. O, ətrafdakı sakinlərin köməkliyi ilə dənizdən çıxarılıb. C.Əbilov 1 saylı Xəstəxanaya çatdırılıb.

Vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə