Bakı şəhər sakini "Mercedes" markalı avtomobillə piyadanı vurub.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, yanvarın 2-də saat 08:00 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Novruzov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini İsrafil Kərimovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB