Zabrat ərazisində 2 maşın toqquşub

Zabrat ərazisində 2 maşın toqquşub

Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, dekabrın 29-da saat 14 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsi ərazisində Sabirabad rayon sakini O.Kərimovun idarə etdiyi “VAZ-2106” və Bakı şəhər sakini N.Məmmədovun idarə etdiyi avtomobillər toqquşub.

Nəticədə O.Kərimovun sərnişini olan arvadı Gülxar Səməd qızı hadisə yerində ölüb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə