Avtomobil "Riviera" otelin divarına çırpılıb - VİDEO

Avtomobil "Riviera" otelin divarına çırpılıb - VİDEO

Bakıda Səbail rayonunda ağır yol qəzası baş verib. Gecə saat 12 radələrində Neftçilər prospekti ilə hərəkət edən "Mercedes" markalı minik avtomobil anidən idarəetməni itirərək yaxınlıqdakı “Rivera" otelin divarına çırpılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə avtomobil yüksək sürətlə hərəkət edib və havanın yağışlı, çiskin olması nəticəsində sürücü avtomobilin hərəkətini tənzimləyə bilməyib bir neçə dəfə yuvarlandıqdan sonar qarşıdakı divara çırpılıb.

Ağır bədən xəsarəti alan yaralı təcilli tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya aparılıb.

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə