Qars bölgəsində zəlzələ olub

Türkiyənin Qars bölgəsində yerləşən Sarkamış rayonu ərazisində Rixter cədvəli ilə 4.2 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilir ki, yeraltı təkan yerli vaxtla 14.20-də qeydə alınıb.

Zəlzələ ətraf bölgələrdə də hiss olunub.

Hələlik, dağıntı və tələfat barədə hələ ki, məlumat yoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə