Ağır yol qəzası 5 can aldı

Türkiyənin cənub-qərbində ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Antalya şəhəri ilə İsparta şəhərini birləşdirən yolda sərnişin avtobusu sürücünün idarəetməsindən çıxaraq aşıb. İlkin məlumata əsasən 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb.

Hadisə yerinə 9 təcili tibb xidməti avtomobili və bir helikopter cəlb olunub.

Qəzanın başvermə səbəbi barədə məlumat verilmir. Hadisə yerində müvafiq işlər görülüb, yaralılar xəstəxanalara yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə