Keçmiş məhkumlardan narkotik götürülüb

Keçmiş məhkumlardan narkotik götürülüb

Bakı şəhər BPİ Narkotiklərlə Mübarizə İdarəsinin və Qaradağ RPİ Narkotiklərlə Mübarizə Qrupunun birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sahil qəsəbə sakinləri əvvəllər məhkum olunmuş Fərhad Seyfullayevdən 8,2 qram, Elşad Hüseynovdan 18,9 qram və Elnur Məhərrəmovun yaşadığı evin zirzəminsindən 37,07 qram həşiş qətranı aşkar edilərək götürülüb.

Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhər sakini Habil Hüseynovdan 9 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə