Bakının Nərimanov rayonunda bıçaqlanma faktı qeydə alınıb

Bakının Nərimanov rayonunda bıçaqlanma faktı qeydə alınıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə metronun "Nəriman Nərimanov" stansiyasının yaxınlığında qeydə alınıb.

1986-cı il təvəllüdlü Quliyev Rüstəm Cəbrayıl oğlu tanımadığı şəxslə mübahisə zəminində bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə