Bakıda üç maşın toqquşub

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Azadlıq prospekti ilə Abbasqulu Ağa Bakıxanov küçəsində baş verib. “Chevrolet” markalı avtomobilin sürücüsü Azadlıq prospekti ilə hərəkətdə olan zaman idarəetməni itirərək İlkin Vəliyevə məxsus "10-VL-500" dövlət nömrə nişanlı "BMW" markalı avtomobilə, daha sonra Ruslan Şahmuradovun idarə etdiyi "90-NC-660" dövləy qeydiyyatlı "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb.

Nəticədə "Chevrolet"də olan sərnişin xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisədən sonra yolda sıxlıq yaranıb. Əraziyə Nəsimi Rayon Polis İdarəsinin və DYP əməkdaşları cəlb olunub. Polis əməkdaşları yolda tənzimləmə işləri aparıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə