“Naz-Lifan” aşdı, yaralılar var

“Naz-Lifan” aşdı, yaralılar var

Goranboyda baş verən qəzada 2 nəfər xəsarət alıb. SİA-nın verdiyi məlumata görə, hadisə rayonun Qızılhacılı kəndində qeydə alınıb. Belə ki, Göygöl rayon sakini, 1979-cu il təvəllüdlü Əhmədov Alik idarə etdiyi "Naz-Lifan" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itiriv və maşını yol kənarına aşırıb. Nəticədə sürücü və Göygöl rayon sakini, 1990-cı il təvəllüdlü Əfşarov Orxan müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Həkimlər hər iki yaralının vəziyyətlərinin ort-ağır olduğu bildiriblər. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə