İki rayonda yanğın olub

Balakən və Saatlı rayonlarənda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Balakən rayonunun Xalatala kəndində ümumi sahəsi 200 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

FHN-dən verilən məlumata görə, Saatlı rayonunun Çolpı kəndində ümumi sahəsi 56 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və 1 otağına yığılan 1.2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə