Tovuz rayonunda mağaza qarət edilib.
SİA-nın bölgə muxbirinin verdiyi məlumata görə, hadisə rayonun Bozalqanlı kəndində Sabit Namazova məxsus ərzaq mağazasında qeydə alınıb. Belə ki, Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 30-da rayon ərazisindəki mağazaların birindən 2000 manat, tütün məmulatı və 1 ədəd noutbuk oğurlamaqda şübhəli bilinən rayon sakinləri - 1999-cu il təvəllüdlü Sahil Əhmədov, 2002-ci il təvəllüdlü Səbuhi Zeynalov və əvvəllər məhkum olunmuş, 1995-ci il təvəllüdlü Orxan Atazadə saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB