Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 48 yaşlı qadın xəsarət alıb

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı 48 yaşlı qadın xəsarət alıb

Bakının Xəzər rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Binə qəsəbəsi, Südçülük yaşayış sahəsində baş verib.

1971-ci il təvəllüdlü Sevda Əliyevanı minik avtomobili vurub. Yaralı 3 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə