Suraxanı rayonunda qeydə alınmış yanğın zamanı iki azyaşlı dünyasını dəyişib

Suraxanı rayonunda qeydə alınmış yanğın zamanı iki azyaşlı dünyasını dəyişib

Bakı şəhərində fərdi yaşayış evi yanıb.

SİA xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Yanğın zamanı iki azyaşlı - 3 yaşlı Əlizadə Rüqayyə Anar qızı və 6 yaşlı Əlizadə İsmayıl Anar oğlu tüstüdən zəhərləniblər. Onlar xəstəxanaya aparılarkən yolda ölüblər.

Bütün xəbərlər Facebook səhifəmizdə