Gəncə Diaqnostika Mərkəzində 70 xəstəyə hemodializ xidməti göstərilir
Gəncə Diaqnostika Mərkəzinin nəzdnində yaradılan hemodializ şöbəsində 70-ə yaxın vətəndaşa xidmət göstərilir. SİA-nın bölgə müxbirinə mərkəzdən verilən məlumata görə, burada Gəncə ilə yanaşı, Goranboy, Samux, Daşkəsən, Göygöl rayonlarından olan xəstələr də müalicə olunur. Mərkəzdə 10 ədəd dializ aparatı quraşdırılıb və gün ərzində xəstələr dializ olunur.
Gəncə şəhər Rayonlararası Kardioloji Dispanserində fəaliyyət göstərən dializ şöbəsində də böyrək çatışmazlığından əziyyət çəkənlərin sayı 50-dən artıqdır. Xəstəlikdən əziyyət çəkənlərin əksəriyyəti kişilərdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB