Avtobusun vurduğu piyada 1 saylı şəhər xəstəxanasına yerləşdirilib

Avtobusun vurduğu piyada 1 saylı şəhər xəstəxanasına yerləşdirilib

Abşeron rayonunda sərnişin avtobusu piyadanı vurub. SİA xəbər verir ki, hadisə Bakı-Şamaxı magistral yolunun Atyalı yaşayış sahəsinin ərazisinə düşən hissəsində baş verib.

114B nömrəli marşurut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu yolu keçən, hələlik adı, soyadı açıqlanmayan 30-35 yaşlı kişini vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə