Piyadanı vurub qaçan sürücü tapıldı

Piyadanı vurub qaçan sürücü tapıldı

Yol-nəqliyyat hadisəsi törədərək qəza yerindən yayınmaqda şübhəli bilinən şəxs polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 22-də Ə.Zülfüqarovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “VAZ-21074” markalı avtomobilin sürücüsü, Qaralar kənd sakini A.Talıbov saxlanılıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə