Martın 9-da, axşam 19:45 radələrində Şirvandan Salyan istiqamətinə hərəkət edən "Şirvan Oyl" neft şirkətinə məxsus, Miriş Əhmədovun idarə etdiyi 10JL549 nömrəli "Uaz" markalı avtomobil əks istiqamətə hərəkət edən sürücü Alışov Oqtay oğlunun idarə etdiyi "VAZ-2107" markalı 90XR549 nömrəli minik maşını ilə toqquşub.
SİA-nın Aran bürosundan verilən xəbərə görə, nəticədə "2107"nin sürücüsü döş qəfəsinin və qarının küt travması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Digər avtomobildə olan sərnişin Vəliyev Namiq Rəhim oğlu isə burun nahiyəsinin əzilməsi ilə xəsarət alıb.
Şirvan Polis şöbəsində hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB