Martın 9-u saat 00:10 radələrində Z.Bünyadov prospektində Təranə Yolçuyevanın idarə etdiyi "Hunday-Tucson" və Elçin Məmmədovun idarə etdiyi "Mersedes" markalı avtomobillər toqquşub. Bakı şəhər BPİ mətbuat xidmətindən SİA-ya verilən xəbərəb görə, nəticədə hər iki sürücü, sonuncu avtomobilin sərnişinləri Aygün Məmmədova, Nuray Babayeva və Dəniz Məmmədli tibbi yardım aldıqdan sonra evə buraxılıblar, Təranə Məmmədova isə KTM-da ölüb.
Martın 8-i saat 10:35 radələrində M.Qaşqay küçəsi 52-nin qarşısında Arif Namazov idarə etdiyi "Kia" markalı avtomobillə Cavanşir Cəfərovu vurmuş, sonuncu aldığı xəsarətlərdən ölüb.
Martın 8-i saat 23:45 radələrində Babək prospekti 76-nın qarşısında Sübhan Əliyev idarə etdiyi "Mersedes" markalı avtomobillə Sulduz Həsənovu vurmuş, nəticədə piyadaçı hadisə yerində ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB