Ağstafa rayonunda bıçaqlanma hadisəsi baş verib. "Report"un Qərb Mərkəzinin məlumatına görə, Dağ Kəsəmən kənd sakini, 1979-cu il təvəllüdlü Orxan Salahov bıçaq xəsarəti ilə yaxınları tərəfindən xəstəxanaya aparılıb.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlandığı məlum deyil. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB