Bakının Nizami rayonunda ağır yol qəzası baş verib.
SİA xəbər verir ki, avtoqəza Qaqa Qarayev prospektində qeydə alınıb.
Hadisə zamanı 57 saylı xətt marşrutu üzrə hərəkət edən "Isuzu" markalı sərnişin avtobusu ilə "BakuBus" MMC-yə məxsus 7A saylı xətt marşrutu üzrə hərəkət edən avtobus toqquşub. İlkin məlumata görə, 57 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusunun sürücüsü dayanacağa yaxınlaşarkən sürət həddini aşıb və sükana nəzarəti itirdiyindən həmin avtobus qarşısında olan "BakuBus" MMC-yə məxsus avtobusa çırpılıb. Xəsarət alanların hamısı da 57 saylı marşrut avtobusunda olub.
Yol qəzası nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan 5 nəfəri xəstəxanada müalicəsini davam etdirəcək, digər 3 nəfər isə ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Hadisənin təfərrüatları araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB