Martın 4-də, təxminən 16:00 radələrində Paşalı kəndi ərazisində Abdullayev Zaur Əhəd oğlunun sahibi olduğu fərdi yaşayış evi oddan alışaraq yanıb. Hacıqabul rayon birinci Udulu kənd bələdiyyəsinin sədri Həsənağa Mirzəyevin SİA-nın Aran bürosuna verdiyi məlumata görə, alovun sürətlə yayılması evdə olan 2 oğlan uşağının həyatını xilas etməyə imkan verməyib. Nəticədə ev tamam yanaraq külə çevrilib.
Kənd sakinləri nə qədər çalışsalarda, evdə olan uşaqları çıxara bilməyiblər. Yanğınsöndürənlər isə hadisə yerinə yanğın sönəndən sonra çatıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB