Hacıqabulda baş vermiş yol qəzasında xəsarət alanlar var

Hacıqabulda baş vermiş yol qəzasında xəsarət alanlar var

Hacıqabul rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Qarasu kəndində qeydə alınıb.

Hərəkətdə olan “KamAZ” markalı yük avtomobili yol kənarında dayanan “VAZ 21014” markalı minik maşınına çırpılıb. Qəza nəticəsində minik maşınında olan Siyəzən rayon sakinləri - 1999-cu il təvəllüdlü Əmiyeva Günel və 2004-cü il təvəllüdlü Gülbalayev Elsevər Asif oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Hər iki yaralı Şirvan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan birinin vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə keçirildiyi bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə