Siyəzəndə iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Noyabrın 2-i axşam saatlarında Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində iki nəfərin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, Bakı istiqamətində hərəkətdə olan yük avtomobili yolun 103-cü kilometrliyində idarəetməni itirərək aşıb.
Qəza nəticəsində xəsarət alan Bakı şəhəri, Qaradağ rayon sakini 1997-ci il təvəllüdlü İnşallah Mirzə oğlu Məmmədov və Qəbələ rayon, Vəndam kənd sakini 1989-cu il təvəllüdlü İsmayıl Dilavər oğlu Musayev təcili tibbi yardım maşını ilə Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə çatdırılıblar. Yaralılara müvafiq tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB