Xızı rayonu ərazisində baş vermiş avtomobil qəzasında 4 nəfər ölüb

Xızı rayonu ərazisində baş vermiş avtomobil qəzasında 4 nəfər ölüb

Noyabrın 1-i axşam saatlarında Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Xızı rayonu ərazisindən keçən hissəsində 4 nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın bölgə müxbiri xəbər verir ki, yolun 75-ci kilometrliyində “Mercedes” və “Lada Kalina” markalı nəqliyyat vasitəsi toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib. Hadisə zamanı yaralanan Xaçmaz rayon Qarabağlı kənd sakini 1958-ci il təvəllüdlü Mehriban Vəliyeva və nəvəsi Sevgi Vəliyeva Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Artıq ölənlərdən ikisinin kimliyi məlum olub. Onlardan biri, "Lada Kalina"nın sürücüsü 1979-cu il təvəllüdlü, Xaçmaz şəhər sakini İsmayılov Hüseyn Səfərəli oğlu, digəri isə "Mercedes"in sürücüsü Quliyev Səbuhi Çingiz oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə