Goranboy sakini kənd inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən döylüb

Goranboy sakini kənd inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən döylüb

Goranboyda döyülmə faktı qeydə alınıb.

SİA xəbər verir ki, hadisə rayonun Həmənli kəndində qeydə alınıb.

Kənd sakini 1969-cu il təvəllüdlü Mahir Verdiyev Nuru oğlu kənddə su üstündə həmkəndlisi tərəfindən döyülüb. Xəstə yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib.

50 yaşlı kişinin vəziyyətinin kafi olduğu bildirilir. Döyülən şəxsin sözlərinə görə, o, Qaramusalı kənd inzibati ərazi dairə üzrə nümayəndəsi Abbasov Hüseynalı tərəfindən su üstüdə aralarında yaranan mübahisə zamanı döyülüb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə