Suraxanı sakini dəm qazından zəhərlənərək ölüb

Suraxanı sakini dəm qazından zəhərlənərək ölüb

Bakıda orta yaşlı kişi dəm qazından zəhərlənib ölüb. Trend-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonunda baş verib. Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi 28, mənzil 1-də yaşayan, 1962-ci il təvəllüdlü Tağıyev Etibar Abdulla oğlu yaşadığı evdə dəm qazından boğularaq ölüb. Faktla bağlı cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə